Çatdırılma xidməti və ümumi prosedurlar
Stampel.az – peşəkar möhür və ştamp istehsalçısı olaraq sizə yalnız məhsul deyil, rahatlıq, sürət və dəqiq xidmət təqdim edir.
Stampel.az olaraq yalnız keyfiyyətli məhsullar təqdim etməklə kifayətlənmirik, eyni zamanda sizə sürətli və etibarlı çatdırılma xidməti də təklif edirik.
Sifariş verdiyiniz məhsulun vaxtında və düzgün ünvana çatdırılması üçün sistematik və şəffaf prosedurlar tətbiq olunur.
Məqsədimiz müştəri məmnuniyyətini maksimum səviyyədə təmin etməkdir.
Hazırda çatdırılma xidmətimiz Bakı və Abşeron ərazisində 1-2 iş günü ərzində, digər regionlara isə 2-4 iş günü ərzində həyata keçirilir.
Express çatdırılma xidməti ilə sifarişiniz Bakı,Abşeron ərazisində əlavə ödənişlə eyni gün ərzində təhvil verilə bilər.Kuryer çatdırdığı zamanı sizinlə əlaqə saxlayır və sifarişi birbaşa ünvana təhvil verir.
Çatdırılma qiymətləri və pulsuz çatdırılma
Çatdırılma haqqı sifarişin ölçüsü və ünvanına əsasən müəyyən olunur:
- Bakı daxilində: 5–10 AZN
- Abşeron və ətraf bölgələr: 10–25 AZN
- Regionlar: 5–10 AZN
Ödənişsiz kuryer xidməti yalnız 200 manat və üzəri alışlarda tətbiq olunur.
Uyğunsuzluq və qaytarılma halları
Əgər sifariş etdiyiniz məhsul zədəlidirsə və ya gözlədiyinizdən fərqlidirsə, onu qəbul etdiyiniz andan etibarən 24 saat ərzində bizimlə əlaqə saxlayaraq problemi bildirə bilərsiniz. Bu hallarda müvafiq olaraq dəyişdirmə və ya geri qaytarılma prosedurları tətbiq olunur.
Əlavə məlumat və dəstək
Kuryer xidməti ilə bağlı əlavə suallarınız yarandıqda bizimlə əlaqə saxlaya bilərsiniz:
-
-
- Email: [email protected]
- Telefon: +994 (55) 201 52 53
- Əlaqə səhifəsi: https://stampel.az/elaqe
-